“Bütün bunlar Prezidentimizin sayəsində baş verib” - MÜNASİBƏT BİLDİRİLDİ
“Prezident İlham Əliyevin güclü siyasi təcrübəsi nəticəsində Qarabağ tam işğaldan azad olub, ölkədə iqtisadi yüksəliş, əminamanlıq və dinclik hökm sürür”. Bu sözləri SİA-ya açıqlamasında xalq şairi Vahid Əziz deyib.

Onun sözlərinə görə, cənab Prezidentin siyasəti Azərbaycanı beynəlxalq nüfuzda yüksəldib: “Kadr siyasətində xeyli müsbət dəyişmələr baş verib. Həmçinin, gənc kadrlara daha çox yer verilib. Bununla yanaşı ölkə gələcəyinin yalnız neft və qaz ixracından asılı olmasına imkan verməməklə digər sahələr də inkişaf etdirilib. Maaşlar və təqaüdlərdə davamlı artım olub.
Prezident İlham Əliyev sayəsində mədəniyyət tədbirləri, Şuşanın mədəniyyət paytaxtı olması, bir qərinə (30 il) didərgin yaşayanların doğma yurdlarına qayıtması baş verdi”.
Vahid Əziz sözlərinə belə davam edib: “Bu gün Azərbaycan dünyanın ən təhlükəsiz bölgəsidir. Ona görə ki, Ümummilli Liderimiz bütün super gücə malik dövlətlərin investisiyalarını bura cəlb edə bilib. İlham Əliyev isə bu işə daha da güclü dayaq olub, Qarabağ zəfərimiz bütün Cənubi Qafqazda dayanaqlı sülh yaradıb. İndi Azərbaycanımız Fransa kimi ölkənin prezidentini adam yerinə qoymur. Bütün bunlar İlham Əliyevin tərcümeyi-halına yazılacaq uğurların cüzi bir qismidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB