"Prezident verdiyi bütün vədləri yerinə yetirib" - Muxtar Nağıyev

"Prezident verdiyi bütün vədləri yerinə yetirib" - Muxtar Nağıyev

"Bu gün Azərbaycan xalqı zəfər qazanmış bir xalqdır. Azərbaycan xalqı dünyanın hər yerində şərəf və ləyaqətlə, başı dik gəzir. Çünki Ulu Öndər sağlığında planladığı, amma özünün həyata keçirə bilmədiyi işləri kimə etibar edəcəyini bacarıb". SİA xəbər verir ki, bu sözləri YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ADRA-nın Uıu Öndərin 100 illiyi münasibətilə təşkil etdiyi tədbirdə çıxışı zamanı deyib.

"Ulu Öndər vaxtilə demişdi ki, İlham Əliyevin onun edə bilmədiklərini həyata keçirəcəyinə inanır. Bu söz bugünkü gündə öz təsdiqini tapıb. 2003-cü il oktyabrın 15-də cənab İlham Əliyev andiçmə mərasimində xalqa müraciətində bildirdi ki, hər bir azərbaycanlının prezidenti olacaq. Mötəbər Prezident İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirib",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə