“Torpaqlarımız işğaldan azad olunmasaydı,... " - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Torpaqlarımız işğaldan azad olunmasaydı,... " - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, o cümlədən keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması dövlətimizin əsas prioritetlərindədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: “Bu məqsədlə 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət Proqramı qəbul edilərək uğurla icra olunmaqdadır. Müharibənin başa çatmasından keçən qısa zaman kəsiyində Ağalı, Laçın, Zabux, Sus və Füzuli öz sakinlərini qəbul etməkdə davam edir.

Digər yaşayış məntəqələrin tikintisi də sürətlə aparılır. Yenidən tikilib bərpa edilən bütün yaşayış məntəqələri çox yüksək standartlara uyğun ərsəyə gəlir və öz ata yurdlarına qayıdan keçmiş məcburi köçkünlər yaradılan şəraitdən çox məmnundurlar. O cümlədən öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin işlə təminatı məsələləri də qabaqcadan həll olunur. Beləliklə 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün qaydışını, həm də 100-ə yaxın yaşayış məntəqəsinin yeniudən qurulması təmin ediləcəkdir. Bu gün öz yurdlarına qayıdan hər bir keçmiş məcburi köçkün onlar üçün yaratdığı yüksək şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirirlər. Bu qayıdışın həyata keçirlməsi üçün torpaqlarını işğaldan azad etmiş Ali Baş Komandana və əsgər-zabitlərimizə minnətdatdırlar. Çünki, torpaqlarımız işğaldan azad olunmasaydı bu gün Böyük Qayıdışdan danışa bilməzdik.

Azərbaycan dünyada çox az ölkələrdəndir ki, müharibədə qalib gəldi və müharibəni başa çatdırandan sonra işğaldan azad olunmuş ərazilərində dərhal yenidənqurma və bərpa işlərinə başlanıldı. Əgər ölkəmizin yetərli iqtisadi gücü olmasaydı nə torpaqımızı işğaldan azad edə bilərdik, nə də qayıdışımızı təmin edə bilməzdik. Bu gün Azərbaycan hətrtərəfli inkişaf edir. 30 il ermənilərin viran qoyduğu torpaqlara da yenidən həyat qaytarılır, həm də bütün Azərbaycanın inkişafı təmin edilir. Bu uğurların müəllifi ancaq Prezident İlham Əliyevdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə