“İlham Əliyev hakimiyyətdə olduğu son 20 ildə tarixi zəfərlərə imza atıb” - ŞƏRH EDİLDİ
“Yeni Azərbaycan Partiyası (YAP) partiyanın prezidentliyə namizədini açıqladı. Qalib Azərbaycanın Qalib Prezidenti hakim partiyanın namizədi olacaq. Azərbaycanın əldə etdiyi tarixi zəfərdən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır. Bir tərəfdən, Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyinin daha da möhkəmlənməsi, digər tərəfdən isə islahatların daha da dərinləşməsi kontekstində dayanıqlı inkişafın qorunub saxlanması vacib priotitetlərdəndir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev hakimiyyətdə olduğu son 20 il ərzində tarixi zəfərlərə imza atmaqla yanaşı, Azərbaycan xaqlını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandandır: “İlham Əliyevin namizədliyi Azərbaycanda inkluziv və davamlı inkişafın qorunması baxımdan vacib idi. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan xalqı məhz Qalib Ali Baş Komandanın yanındadır və ona tam etimad edir.
Müstəqil yanaşma ilə İlham Əliyevin prezidentliyinin davamlığının vacibliyini çoxsaylı faktorlar ilə əsaslandırmaq mümkündür:
Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən dövlət başçısıdır;
Cənab Prezidentin rəhbərliyi ilə şanlı ordumuz yüz minlərlər məcburi köçkünün, o cümlədən mənim ata-baba yurdlarımızı düşmən torpağından azad etdi;
30 il işğal altında qalan və tamamilə dağıdılaraq xarabalığa çevrilən torpaqlarımızda geniş miqyaslı quruculuq işləri həyata keçirilər. Artıq həm Qarabağda, həm də Şərqi Zəngəzurda intensiv qayıdışa start verilib;
Son 20 il ərzində Azərbaycan regionda ən böyük uğurlara imza atan dövlətlərdəndir, ÜDM 4, büdcə gəlirləri 30, xarici ticarət dövriyyəsi 10 dəfə artıb. Xarici borcun ÜDM-də payına görə Azərbaycanda dünyada ən yaxşı göstəriciyə malik olan 10 ölkədən biridir. Son 20 ildə sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dolları keçib və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yönəlib. Göründüyü kimi, Azərbaycan 20 il ərzində iqtisadi sahədə ciddi uğurlara nail olub;
Nəhayət və ən vacibi İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi ideyaları inkişaf etdirən və mili strategiyanı daha da gücləndirən dövlət başçısıdır.
Bütün bunlar deməyə əsas verir ki, bu seçki Azərbaycan üçün yeni mərhələnin başlanğıcı olacaq. Bu mərhələ bütün sferalarda islahatların daha da dərinləşməsi, Böyük Qayıdışın intensiv davam etdirilməsi və Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyinin daha da güclənməsi ilə xarakterizə olunacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB