“Bakıda COP29 konfransının keçirilməsi Azərbaycanın nüfuzunun göstəricisidir” -MÜNASİBƏT
“COP29 konfransının ölkəmizdə keçirilməsi əlbəttə ki, Azərbaycanın həm regional mövqeyinin güclənməsinə, həmçinin beynəlxalq etimadının formasına gətirib çıxaracaq”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan birinci dəfə deyil beynəlxalq təşkilatların konfransına ev sahibliyi edir: “Azərbaycan Qoşulmama Hərəkatının sədridir və bu sədrlik dövrdə demək olar ki, bu təşkilatın beynəlxalq müstəvidə nüfuzunun gücləndirilməsi istiqamətində ciddi işlər görüb. Hesab edirəm ki, iqlim dəyişmələri üzrə konfransdan sonra bu təşkilatın da demək olar ki, mövqeyi daha da güclənəcək və ona beynəlxalq diqqətin artırılmasına gətirib çıxaracaq. Həmçinin bu kimi təşkilatların fəaliyyətində aktivlik nümayiş etdirməsində Azərbaycan böyük təcrübəyə malikdir. İqlim dəyişmələri üzrə bu təşkilatın region və dövlət olaraq Azərbaycan seçilməsi ölkəmizin böyük nüfuzunun göstəricisidir. Ümumiyyətlə, Azərbaycan coğrafi cəhətdən kiçik ölkə olmasına baxmayaraq beynəlxalq müstəvidə öz siyasətini ortaya qoya biləcək müstəqil ölkədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB