"Köç prosesi üçün ciddi işlər görülməkdə davam edir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Köç prosesi üçün ciddi işlər görülməkdə davam edir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Məlumdur ki, Ermənistan Azərbaycan ərazisini işğal etdikdən sonra soydaşlarımız öz dədə-baba yurdlarından didərgin düşmüşdü. 30 ildir ki, xalqımız işğalla barışmır və mübarizəsini davam etdirirdi. Prezidentimizin apardığı uğurlu siyasət və Vətən müharibəsi nəticəsində ermənilər öz layiqli cavablarını aldılar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Azad Məsiyev sözlərinə belə davam edib: "Bundan sonra xalqımızın öz torpağına qayıtması vacib məsələdir. Ermənilər bu torpaqları darmadağın etsələr də burada yenidənqurma işləri aparılır. Yəni, köç prosesi üçün ciddi işlər görülməkdə davam edir.

Ərazilər azad olunduqdan sonra qısa müddət ərzində Azərbaycan tərəfindən minalardan təmizləndi. Amma bu əraziləri birdən-birə minalardan təmizləmək qeyri-mümkündür.

Xalqımız torpaqlarımızın işğalı ilə heç vaxt barışmırdı. Xalqın doğma yurduna qayıtması bizim torpağa, vətənə bağlılığımızdır. Azərbaycan bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirdi ki, işğaldan azad olunmuş ərazilərin abadlaşdırılması və burada insanların yaşayışının təmin edillməsi uğurla həyata keçirilir. Azad olunan ərazilərə xarici dövlətlərin səfirlərinin aparılması da ermənilərin necə vəhşi olduğunu sübut etdi. Ermənilər işğal etdikləri ərazidə müvəqqəti qalırlar. Əgər onlar burada daimi qaldıqlarını düşünsələrdi buraları viran etməzdilər. Xalqın geri qayıtması pilləvari olmalıdır. Yəni, bu zaman-zaman baş tutacaq. Bu dövlətin xalq qarşısında götürdüyü bir öhdəlikdir. Vətəndaşlar da onlar üçün yaradılmış şəraitdən razıdırlar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə