"Dağıdıcı müxalifət üçün seçki məğlubiyyəti qaçılmazdır" - MÜNASİBƏT

“Cənab Prezident İlham Əliyev fevralın 7-nə növbədənkənar prezident seçkilərini təyin edib. Yəni bu onun konstitusyon hüququdur. Bu seçkilərin keçirilməsindən narahat olan bəzi qüvvələr hay-küy salmaları onların məğlubiyyətlərini indidədn anlamaları ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qalib gəldikdən sonra Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi: “İndiyə qədər 30 il işğal altında olan ərazilərdə seçki keçirilməyib. İndi yeni situasiyada Azərbaycanın bütün ərazilərində seçki yolu ilə prezident seçilməsinin zərurəti yaranıb. Hesab edirəm ki, bu zərurətdən irəli gələrək növbədənkənar prezident seçkiləri təyin olunub. İnşallah fevralın 7-də Azərbaycanın bütün ərazilərində müvafiq seçki məntəqələri yaradılacaq və həmin ərazilərə köçürülən soydaşlarımız bu seçkilərdə iştirak edəcəklər. Bəzi müxalifət qüvvələrinin bu seçkilər haqqında reallığa uyğun olmayan fikirlər uydurmalar onların mövcud reallıqda seçki məğlubiyyəti ilə üzləşəcəklərindən irəli gəlir. Dağıdıcı müxalif funksionerlərinin özləri də çox gözəl bilirlər ki, hər zaman olduğu kimi bu dəfə də onlar seçkiləri uduzacaqlar. Çünki sözügedən bu şəxslərin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Qabaqcadan məğlubiyyətlərini bildiklərindən indidən başlayıblar hay-küy salmağa. Onların əlindən başqa bir şey gəlmir. Lakin hay-küyün heç bir əhəmiyyəti olmayacaq. Çünki xalq onaların kim olduğunu çox yaxşı bilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə