“Heydər Əliyev və müstəqil Azərbaycanın neft strategiyası” - TƏDBİR
Qaradağ rayonunda yerləşən Qaz Anbarlarının İstismarı İdarəsində dəyirmi masa keçirildi
2023-cü ilin dekabrın 7-də “Azneft” İstehsalat Birliyinin Qaradağ rayonunda yerləşən Qaz Anbarlarının İstismarı İdarəsində "Heydər Əliyev İli" çərçivəsində və ulu öndərin xatirəsinin yad edilməsi məqsədilə “Heydər Əliyev və müstəqil Azərbaycanın neft strategiyası” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin rəisi Qoçalı Mahmudov, YAP rayon təşkilatı aparatının əməkdaşları və müəssisənin kollektivi iştirak etdilər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Tədbiri açan Qaz Anbaralrının İstismarı İdarəsinin rəisi Qoçalı Mahmudov Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə göstərdiyi böyük fədəkarlıqdan və xalqımızın qarşısındakı misilsiz xidmətlərindən danışdı. O, Heydər Əliyevin rəhbərliyi altında hazırlanıb həyata keçirilən böyük neft strategiyası və "Əsrin müqaviləsi”nin əhəmiyyətindən də bəhs etdi.
Dəyirmi masada çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva Ümummilli lider Heydər Əliyevin adının Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını vurğulayaraq onun müəyən etdiyi inkişaf strategiyasının xalqımızı qələbədən-qələbəyə apardığını bildirdi. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə iqtisadiyyatın inkişafı, ordu quruculuğu, gənc nəsllin keçmiş SSRİ-nin müxtəlif şəhərlərində yerləşən ali təhsil müəssisələrində yüksək səviyyədə ali təhsil alması üçün göndərilməsi, vətənpərvərlik tərbiyəsi və digər istiqamətlərdə böyük siyasətinin müxtəlif çalarlarnı xatırlatdı.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Azərbaycan xalqının qədim tarixə, zəngin mədəniyyətə malik, görkəmli siyasi xadimlər, şairlər, yazıçılar, bəstəkarlar yetişdirən bir xalq olduğunu qeyd etdi. O bildirdi ki, Azərbaycan tarixinin təxminən son 60 illik dövrü dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderin bu illər ərzində daim Azərbaycan xalqının yanında olduğunu qeyd edərək həmin dövrdə qazanılan nailiyətlərin əsasında məhz Heydər Əliyev-xalq birliyinin dayandığını xüsusi vurğuladı. Səfəvilər dövründən sonra Azərbaycanın daim parçalandığını, bunun nəticəsində torpaqlarını itirdiyini qeyd edən Qafar Əliyev Ümummilli liderin hakimiyyətə gəlişi ilə xalqımızın bəxtinin gətirdiyini bildirdi. O xatırlatdı ki, 1969-cü ildə Azərbaycanda ilk dəfə hakimiyyətə gələn Ulu öndər qısa müddətdə xalqımızın adını dünyada tanıtdı, öz siyasi fəaliyyəti və əməlləri ilə bir daha sübut etdi ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biri olmaqla yanaşı, həm də böyük, müdrik, dahi şəxsiyyətlər və siyasətçilər yetirən xalqdır. YAP rayon təşkilatının sədri Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərlərinin Ulu öndərin rəhbərliyi ilə həyata keçirildiyini xatırladaraq bu layihələrin Heydər Əliyevin həm də dünyamiqyaslı lider olduğunu təsdiq etdiyini bildirdi.
Ümummili lideri bir sıra xarici səfərlərdə müşayiət etdiyini xatırladan Qafar Əliyev onun xüsusən ABŞ-da böyük hörmət və ehtirmla qarşılanmasının canlı şahidi olduğunu bildirdi. Həmin səfərin böyük tarixi əhəmiyyət daşıdığını vurğulayan YAP rayon təşkilatının sədri bu səfər çərçivəsində dörd mühüm neft müqaviləsinin imzalandığını qeyd etdi.
2003-cü ildə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə xalqımızın bəxtinin ikinci dəfə gətirdiyini bildirən Qafar Əliyev dövlətimizin başçısının ata vəsiyyətinə əməl eədərək Ulu öndərin başa çatdıra bilmədiyi arzularını gerçəkləşdirdiyini, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdiyini vurğuladı.
Tədbirdə digər çıxış edən idarənin əməkdaşları: Fərahim İbrahimov, Firudin Babayev, Araz Qocayev, Cavanşir Eyvazov və başqaları bu gün bütün sahələrdə Ulu Öndər Heydər Əliyevin silinməz izlər qoyduğunu qeyd edtilər. Natiqlər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasətin Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olduğunu, müasir dövrümüzdə onun rəhbərliyi ilə uğurlu islahatlar aparıldığını, ölkəmizin regionun lider dövlətinə çevrildiyini, diplomatiya sahəsində böyük uğurlar əldə etdiyini qeyd etdilər. Onlar vurğuladılar ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Vətən müharibəsinə başlaması və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın silahlı qüvvələrini darmadağın edərək Zəfər qazanması tariximizə qızıl hərflərlə yazılan yeni dövr olaraq daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB