“Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda təlimə 84 dinləyici cəlb edilib - FOTO
Prokurorluq əməkdaşlarının kommunikasiya sahəsində biliklərinin, ictimaiyyətlə əlaqələrinin, natiqlik bacarığının artırılması daim diqqət mərkəzində saxlanılır. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Mətbuat xidməti tərəfindən dekabrın 7-də tabe prokurorluqlarda media ilə əlaqələrə görə məsul şəxslər üçün “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda distant formada onlayn rejimdə təlim təşkil edilib.
Təlimin daha səmərəli olması üçün tədbirə təlimçi kimi Baş Prokurorluğun Mətbuat xidmətinin əməkdaşları ilə yanaşı, Bakı Dövlət Universitetinin peşəkar müəllimi və jurnalistika sahəsi üzrə mütəxəssis cəlb edilib.
Təlim çərçivəsində 84 dinləyici auditoriyasına “Azərbaycan Prokurorluğunun media siyasəti”, “Prokurorluqda aşkarlıq və şəffaflığın təmin olunması ilə bağlı həyata keçirilən kompleks tədbirlər”, “Xidməti məlumatların kütləvi informasiya vasitələrinə çatdırılma qaydası və onun nümayiş etdirmə üslubları”, “Natiqlik qabiliyyətinin artırılması üçün nitq texnikası və vasitələri” və sair mövzularda mühazirələr tədris edilərək, dinləyicilərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB