"Mirzoyanın fikirləri təxribatdan başqa bir deyil" - MÜNASİBƏT

"Mirzoyanın fikirləri təxribatdan başqa bir deyil" - MÜNASİBƏT

“Ermənistanın xarici işlər naziri Mirzoyan ATƏT-ə daxil olan dövlətlərin xarici işlər nazirlərinin iştirakı ilə Makedoniyanın Skopiya şəhərində keçirilən toplantısında Azərbaycan hakimiyyətini Qarabağ ermənilərinə münasibətdə etnik təmizləmə və milli ayrı seçkiliyin həyata keçirilməsinə görə ittiham edib. Mirzoyanın Ermənistanın baş diplomatı olaraq bu tərzdə çıxışı, ancaq Azərbaycan-Ermənistan münasibətlərində sülh danışıqlarının dalana dirənməsinə xidmət edir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bəyan edir, diğər tərəfdən isə, gerçəklikdən uzaq məlumatları qabartmaqla sülh danışıqlarında güvənsizlik və etimadsızlıq mühiti formalaşdırır: “Rəsmi Bakının Qarabağ ermənilərinin təhlükəsizliyinə, onların Azərbaycan cəmiyyətinə reinteqrasiya ilə bağlı təklifləri irəli sürməsinə baxmayaraq, Azərbaycanı etnik təmizləmə siysətinin tətbiqində ittiham etmə danışıqlarda qeyri konstuktivlikdən başqa bir şey deyil. Ermənistan hakimiyyətinin gerçək məqsədi Azərbaycanı Qərb formatı çərçivəsində danışıqlara dəvət etmək, danışıqlarda Qərbdəki havadarlarının dəstəyi ilə rəsmi Bakını regionun təhlükəsizlik problemləri, habelə Transxəzər layihəsi ilə bağlı ABŞ-ın təkliflərini qəbul etdirməkdən ibarətdir. Paşinyan rejimi rəsmi Bakıya təzyiq yolu ilə, onu Rusiya və İranın narazılığına səbəb ola biləcək Qərb formatı çərçivəsində ABŞ-la əməkdaşlığa cəlb etmək, regionda ABŞ-ın nizamlanan xaos siyasətinin icra olunmasına rəsmi Bakını razı salmaqdan ibarətdir. Azərbaycan iqtidarının milli maraqlara söykənən siyasəti ona bəlli dairələr tərəfindən olan təzyiqlərin əsas səbəblərindəndir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə