“Fələstin-İsrail münaqişəsi uzun illər davam edə bilməz” - MÜNASİBƏT

“Fələstin-İsrail münaqişəsi uzun illər davam edə bilməz” - MÜNASİBƏT

“ABŞ və Avropa ölkələri hazırda İsrailə təzyiq edilər ki, artıq münaqişənin bir həll yolu olmaldır. Yəni Fələstin- İsrail münaqişəsi uzun illər davam edə bilməz”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, 75 ildən çoxdur ki, sözügedən bu münaqişə davam edir: “Təbii ki, HƏMAS-a qarşı əməliyyata Avropa İttifaqı və ABŞ dəstək verir. HƏMAS-ı QƏZZA-dan tamamilə çıxardıqdan sonra İsrail Fələstin muxtariyyətini dövlət olaraq tanımalıdır. Çünki Fələstin muxtariyyəti İsraili tanıyır. Amma İsrail Fələstin dövlətini qəbul etmir. Ona görə də, hesab edirəm ki, bunun bir həlli yolu olmaldır. Yəni Yaxın Şərqin yeni siyasi nizamlanmasında bu münaqişə bitməlidir. Çünki İran və digər ölkələr bu münaqişədən istifadə edib Yaxın Şərqdə ABŞ-ın, Qərbin geostrateji mövqelərinə zəiflədədirlər. Ona görə də, hesab edirəm ki, HƏMAS məsələsi tamamilə həll ediləndən sonra İsrailə Fələstin dövlətinin yaradılması istiqamətində təzyiq edəcəklər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə