“30 il ərzində yaşadığımız faciələr yaddan çıxmayacaq” - MÜNASİBƏT

“30 il ərzində yaşadığımız faciələr yaddan çıxmayacaq” - MÜNASİBƏT

“Yaxın üç ildə erməni işğalından azad olunmuş torpaqlara yüz qırx min həmvətənlərimiz qayıdacaq. Bu qayıdış ilk növbədə yaşayış üçün artıq tam yararlı olan ərazilərin məskunlaşması şəkilində baş verəcək”. Bunu SİA-ya açıqlamasında siyasi ekspert, “Alyans” strateji araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov deyib.

Mərkəz sədri deyib ki, həmvətənlərimiz Xocalıya, Xankəndinə qayıdacaqlar və digər ərazilərdə məskunlaşacaqlar: “Uzun illər Azərbaycana problemlər, sıxıntılar gətirən erməni separatizmindən tamamilə yaxa qurtarmış olacayıq. O ərazilər əvvəlki dövrlə müqayisədə daha çox yüksək səviyyədə inkişaf etmiş olacaq. Sənaye, kənd təsərrüfatı və digər sahələr yüksək səviyyədə inkişaf edəcək və bir daha Azərbaycan vətəndaşı öz torpağında köçkün vəziyyətinə düşməyəcək. Bir sözlə, insanlar öz evlərində rahat şəkildə heç bir sıxıntı, problem olmadan yaşayacaqlar. Çünki sıxıntılarımızın, problemlərimizin əsas səbəbkarları erməni seporatçıları artıq Azərbaycandan xaric olunublar. Yalnız onların bir hissəsi Azərbaycan ərazisində qalıb. O separatçılarda indi hüquq mühafizə orqanları qarşısında ifadə verirlər. Yəni mühakimə olunacaqlar və layiq olduğu cəzaları alacaqlar. Azərbaycan vətəndaşı bir daha 1990-cı illərdən başlayaraq 30 il ərzində yaşadığımız faciələri bir daha yaşamayacaq və bu qələbəyə, uğura kimin sayəsində nail olduğumuzu da yaddan çıxarmayacaqlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə