"Ermənistan daxili auditoriyaya hesablanmış addımlar atır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan daxili auditoriyaya hesablanmış addımlar atır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Bu, Ermənistanın davamlı şəkildə dəyişən ritorikası və daxili auditoriyaya hesablanmış addımlardır". Bu sözləri SİA-ya Ararat Mirzoyanın Azərbaycanı “təcavüz”də, “etnik təmizləmə”də, qeyri-konstruktivlikdə ittiham edən açıqlamalarını şərh edərkən Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov deyib.

"Onlar çox yaxşı anlayır ki, yaratdıqları qondarma Qarabağ məsələsi tarixin arxivinə göndərilib və Azərbaycan bu məsələdə qələbə qazanıb. İndi bu cür açıqlamalarla istəyirlər ki, danışıqlar prosesində yenidən Qarabağ məsələsini gündəmə gətirsinlər, qarşıdakı danışıqlarda özlərinə kartblanş qazanmağa çalışırlar. Etnik təmizləmə və təcavüz məsələləri kimi mövzulara Qərb həssas yanaşdığından çalışırlar ki, bundan özlərinə Qərbdən dəstək alsınlar",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə