“AXCP-də güclü anti-Kərimli qruplaşması var” -MÜNASİBƏT

“AXCP-də güclü anti-Kərimli qruplaşması var” -MÜNASİBƏT

“Siyasi partiyanın onlayn qurultay keçirən qurum özünə və təşkilatdakı təmsilçilərə əmin olmalıdır. Yəni, onlayn toplantıya kənardan daxil olmaq və onu izləmək imkanı var. Gərək əmin olasan ki, toplantıda çıxış edənlər özlərini və təmsil etdikləri qurumu biabır etməyəcəklər”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, AXCP-də və onun rəhbərliyində belə bir əminlik yoxdur və ola da bilməz: “Mənim bildiyim odur ki, partiya daxilində güclü anti-Kərimli qruplaşması var və onlar Əlinin bütün rüsvayçı fəaliyyətini onun üzünə deməyə hazırlaşırlar. Faktlara, dəlillərə əsaslanan belə çıxışların cəmiyyətdə yayılması isə Əlinin təkcə partiya rəhbərliyindən getməsi ilə kifayətlənməyəcək, həm də xaricdən ona olan az-çox inamı da sıfırlayacaq. Bunu bilə-bilə Əlinin onlayn qurultay keçirəcəyini düşünmək, sadəcə, yanlış düşüncə olar. Qaldı qurultayı keçirmək üçün onun partiya adlandırdığı quruma yer verilməməsi məsələsi, məncə bu, inandırıcı deyil. Azərbaycan demokratik baxımdan inkişaf etmiş ölkədir və istənilən siyasi və ya ictimai təşkilatın toplantı keçirməsinə də heç kim maneçilik törətmir. Amma Əli və başındakılar hesab edirlər ki, onlar yerlə haqqı ödənilmədən təmin edilməlidirlər və həm də ölkənin ən nüfuzlu toplantı məkanlarından biri verilməlidir. Bilmirəm, yəqin könlündən Heydər Əliyev sarayı, ya da Şəhriyar klubu keçir! Xalq və dövlət yolunda hansı "fədakar" işlərinə görə AXCP-yə təmənnasız, həm də ən mötəbər zallar verilməlidir? Buyurub bu təşkilatın özünə layiq kiçik zallardan birinə müraciət etsin, müqavilə bağlasın, haqqını ödəsin və qurultayını keçirsin. Nə vaxt o zala adamların toplanmasına, qurultayın keçirilməsinə mane olunarsa, onda gileylənə bilər. AXCP-nin qaşı-gözü hansı qurumun qaş-gözündən qaradır ki, onlara məhz dövlət şərait yaratmalıdır? Bu qədər müxalifyönlü siyasi partiyalar qurultay keçirir, hansına dövlət qurumları müdaxilə edib? Bilirsiniz, Əli və onun kimilər özlərinin bacarıqsızlığını kimlərinsə üzərinə atmağa adətkardırlar. Adama deyərlər, ay filan-filan, bir qurultayı təşkil edib keçirməyə gücün yetmir, utanmaz-utanmaz hakimiyyətə gəlmək, dövləti idarə etmək(?) kimi ağır, məsuliyyətli bir işin altına girmək istəyirsən? Məncə, Əli Kərimli və başındakıların qurultaya toplamaq üçün belə yetərincə elektoratı yoxdur və bu yolla özünü sığortalamaq istəyir”.

Bütün xəbərlər Facebook səhifəmizdə