ABŞ Beynəlxalq İnkişaf Agentliyi 1961-ci ildə prezident Con Kennedy"nin sərəncamı ilə yaradılıb. Bu gün 27 milyard dollar ilə dünyada ən çox dollar sərmayəsinə rəsmi yardım agentliyidir. SİA olaraq agentlik haqqındakı araşdırmanı təqdim edirik.
USAİD və ABŞ hökuməti: İlk olaraq agentliyin yerləşdiyi dövlətin siyasi planlarını həyata keçirməyə xidmət etdiyini qeyd etməliyik. Qurum fəaliyyətə başladığı gündən etibarən rəsmi yardımlar etməyə, daha real danışsaq tərəfdaş ölkələri və xalqları bəsləməyə davam edir. Xüsusilə ikinci dünya müharibəsindən sonrakı "Soyuq Müharibə" illərində müttəfiq ölkələrə edilən yardımların bir hissəsi məhz bu təşkilatın adı ilə bağlıdır. Təşkilatın ABŞ prezident administrasiyasına birbaşa bağlı olması özünü faktlarla sübut edir. Məsələn Buş administrasiyası zamanı məlum olub ki, İraqın yenidən qurulması məqsədilə 600 milyon dollarlıq müqavilə üçün təklif vermək üçün seçilmiş beş icraçı tərəfdaşın hamısının hökumətlə sıx əlaqələri var. Bu da təşkilatın əslində ABŞ hakimiyyətinə xidmət etdiyini göstərir.
Vilyam Blum faktları:Amerikalı tənqidçi jurnalist Vilyam Blumun sözlərinə görə, 1960-cı illərdə və 1970-ci illərin əvvəllərində USAID Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə sıx iş əlaqəsi saxlayıb və Agentliyin rəsmiləri çox vaxt USAİD-in pərdəsi altında xaricdə fəaliyyət göstəriblər. Blum qeyd edir ki, 1960-cı illərdə USAİD-in indi dağılmış bölməsi olan İctimai Təhlükəsizlik İdarəsi buna misal ola bilər. Tənqidçi bu idarənin xarici polisə üsyanla mübarizə üsulları (o cümlədən işgəncə üsulları) üzrə təlim keçmək üçün cəbhə rolunu oynadığını xüsusilə vurğulayıb.
BMT və USAİD: Bir çox araşdırmaların nəticəsində görünür ki, təşkilat xarici yardımı ABŞ-nin digər xalqlardan istədiyini əldə etmək üçün siyasi silah kimi istifadə edir. Bir dövlətin BMT Təhlükəsizlik Şurasına üzv olması ABŞ-ın yardımının əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Eyni zamanda da ABŞ hökumətinə qarşı çıxan dövlət üçün yardımlar bir anda dayandırıla bilər. Misal olaraq 1990-cı ildə Yəmənin BMT-dəki səfiri Abdullah Saleh əl-Aştal, ABŞ-ın başçılıq etdiyi koalisiyanın İraqa qarşı güc tətbiq etməsinə çağıran qətnamənin əleyhinə səs verməsindən sonra USAİD-in dərhal Yəməndəki fəaliyyətini və maliyyələşdirməsini dayandırmasını göstərə bilərik.
Eyni siyasəti yürüdən rəqiblər: ABŞ hökuməti USAİD vasitəsilə Çin Xalq Respublikasının digər dövlətlər üzərində reallaşdırdığı planlarını biraz fərqli şəkildə həyata keçirir. Belə ki, Çin illərdir digər dövlətlərə borc verməklə onları özündən asılı hala salırdısa, ABŞ bunu humanitar yardım adı altında edir.
Braziliya müdaxiləsi: Braziliyanın ən böyük qəzeti olan Folha de S.Paulo, USAID-i Braziliyanın siyasi islahatına sağçı partiyalara məqsədyönlü şəkildə təsir göstərməyə cəhddə ittiham edib. Belə ki, 2005-ci ildə USAID Braziliya Konqresində partiyadaxili sədaqətsizliyi cəzalandıran qanunun qəbul edilməsinə yönəlmiş islahatları dəstəkləmək üçün seminara 95.000 dollar xərcləyib. Folha-nın İnformasiya Azadlığı Aktı çərçivəsində əldə etdiyi USAİD sənədlərinə əsasən seminarın bu ölkənin Konqresində genişmiqyaslı siyasi islahatlarla bağlı müzakirələr ərəfəsinə təsadüf etməsi planlaşdırılırdı.
Türkiyə hadisələri:Təşkilat haqqında maraqlı bir digər fakt isə Türkiyə cümhuriyyətinin hərbi əməliyyatlardan əvvəl ayrılan yardımın kəsilməsidir. Misal olaraq 2016-cı il "Fırat Kalkanı" və 2017-ci il "İdlib" əməliyyatlarından bir müddət əvvəl ölkə üzərindən Suriya və digər ölkələrə ayrılan yardımın "korrupsiya" faktı ilə kəsilməsi şübhə doğurur.
Peru sterilizasiyası: 1990-cı illərdə USAID Yaşıl Plan çərçivəsində Peruda təxminən 300.000 yerli qadının məcburi sterilizasiyasında iştirak edib. Beynəlxalq təşkilatlar, o cümlədən USAID, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) və Nippon Fondu tərəfindən təşviq edilən əhaliyə nəzarət qaydaları, Fujimori hökumətinin sterilizasiya səylərini dəstəkləyib.Peru Konqresinin alt komitəsi tərəfindən aparılan araşdırmalar USAİD-in artan maliyyəsi ilə həyata keçirilən sterilizasiyaların sayı arasındakı əlaqəni aşkarlayıb. Bu sterilizasiyalar ABŞ hökumətinin siyasi və iqtisadi sabitlik naminə inkişaf etməkdə olan ölkələrdə doğum nisbətlərini azaltmaq üçün ümumi strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Məlumat Azadlığı Aktı vasitəsilə əldə edilən sənədlər, USAID-in 1993-1998-ci illərdə məcburi sterilizasiyalar dövründə Perunun milli səhiyyə sistemini effektiv şəkildə nəzarətə götürdüyünü aşkarlayır. Bu sterilizasiya pozuntularının Peru və Vaşinqtondakı USAİD administratorlarının xəbəri olmadan sistematik şəkildə baş verməsi faktiki olaraq ağlasığmazdır. Əhali Tədqiqat İnstitutunun təzyiqi ilə USAID 1998-ci ildə Peruda sterilizasiyanı maliyyələşdirməyi dayandırır. Məcburi sterilizasiyalar 2000-ci ildə Prezident Fuximori Yaponiyaya qaçana qədər davam edir. Siyasət nəsillərin dəyişməsi ilə nəticələndi. Kəndlərdə iqtisadi stimul verə bilməyən gənc nəsil yaranir və həmin bölgələrdə yoxsulluq artdı.
Son dövrlərdə isə dünyaya dərs verməyə çalışan təşkilat, bu səfər rəhbərliyindəki korrupsiya halları ilə gündəmə gəlib. Fəaliyyəti boyu ermənipərəst siyasət yürüdən təşkilat rəhbəri Samanta Pauerin Ruben Vardanyanla əlaqələri bu faktı sübut etmiş olur. Nəticələr onu göstərir ki, yarandığı gündən etibarən humanitar yardım adı altında ABŞ-nin kirli oyunlarını həyata keçirən təşkilat artıq ifşa olmağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB