“Çax-çax sadəcə baş ağrıdır" - POLİTOLOQ BİLDİRDİ

“Çax-çax sadəcə baş ağrıdır" - POLİTOLOQ BİLDİRDİ

“The Washington Post” qəzetində Azərbaycana qarşı qərəzli məqalənin yayımlanması bizim üçün heç də təəccüblü deyil. Artıq “The Washington Post” da daxil olmaqla müxtəlif media qurumlarında bu cür qərəzli, qeyri-obyektiv, həqiqəti əks etdirməyən, məqalələrin, yazıların, informasiyaların yayımlanmasının mütəmadi olaraq şahidi oluruq”. Bunu SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə sözügedən yazının paylaşılması dünyada tüğyan edən ikili standartların bir təzahürü, nümunəsidir: “Azərbaycan bu gün bölgədə, dünyada ədalət, sülh, obyektivlik uğrunda mübarizə aparan dövlətdir. Bu gün dünya birliyinin, müvafiq təşkilatların etməli olduğunu Azərbaycan öz imkanları ilə edib. Azərbaycan öz hüquqlarını bərpa edəcək gücdə olmasını müəyyən güclər həzm edə bilmirlər. Bu o güclərdir ki, özləri müxtəlif bölgələrdə problemlərin, münaqişə ocaqlarının var olmasına təkan verirlər. Bu münaqişə ocaqlarının varlığı, həmin güclərin müvafiq bölgədə öz maraqlarını həyata keçirmək üçün bir vasitə rolunu oynayır. Azərbaycan öz haqlı siyasəti ilə beynəlxalq hüquq prinsiplərini əlində əsas tutaraq həmin güclərin Azərbaycan yaxud bölgədəki münaqişə faktoru üzərindən maraqlarını təmin etməsinə əngəl yaradır. Bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən, separatizmin bölgədə varlığına son qoyduqdan sonra bizə qarşı bu cür təzyiqlər artmaqdadır”.

Z.Qarayeva bildirib ki, xüsusilə Media üzərindən Azərbaycana qarşı qarayaxma kampaniyasının getdiyi müşahidə edilir: “Bütün bunlar həmin media qurumlarının və mənsub olduqları ölkələrin beynəlxalq hüququ heçə saydığını, suverenlik prinsipinə hörmət etmədiklərini, öz siyasətlərini birbaşa qərəzli maraqlar üzərində formalaşdırdığını, qeyri-obyektivlik, böhtan, yalan yaymaqla məşğul olduqlarını göstərirlər: “Bu kimi yazıların yayımlanması, hədəflərinə nail olmaq üçün böhtan atmaqdan da qaçınmadıqlarının bariz nümunasidir. El misalında deyildiyi kimi, çax-çax yalnızca baş ağrıdır düşünürəm ki, biz bu cür böhtanlara diqqət yetirməməliyik. Biz öz fəaliyyətimizi ədalətin bərqərar olması istiqamətində qurmağa davam etdirməliyik.

Azərbaycan və Türkiyə Prezidentlərinin irəli sürdüyü 3+3 formatı həm də qərəzli, qeyri-obyektiv qüvvələrə qarşı hesablanmış bir layihədir. Bu regionun problemləri bu regionun ölkələri arasında müştərək formada, əl-ələ verərək həllini edilməlidir. ABŞ, yaxud müxtəlif təşkilatlar kimi nüfuz imkanına şərait yaradılmamalıdır. O təşkilatlar, dövlətlər müdaxilə etdikləri heç bir problemin həllinə nail olmayıblar. Bunu biz Suriya, Liviya, İraq, Ukrayna, Gürcüstan nümunəsində görmüşük. Bu döblətlərin insan haqqlarının müdafiəsi, demokratiya uğrunda mübarizə, korrupsiyaya qarşı mübarizə adı altında müdaxilə etdikləri bölgələrin taleyinin hansı vəziyyətdə olduğu göz önündədir. Bu kimi müdaxilələrə yer verilməməlidir və biz vətəndaş olaraq bu cür təsirlər möhkəm dayanmalı və nüfuz etmə imkanının olmaması üçün çalışmalıyıq”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə