"Azərbaycanla bağlı qərəzli yazılar uğursuz cəhddən başqa bir şey deyil" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"“The Washington Post” qəzetinin Azərbaycana qarşı qərəzli xarakter daşıyan açıqlamaları sifarişli yazıdır. Yəqin ki, bu məsələnin arxasında ABŞ-dakı erməni dairələri dayanır. Əsas məqsəd isə ABŞ ictimaiyyətində Azərbaycanla bağlı mənfi fikir yaratmaqdır. Ancaq ABŞ-ın ictimai fikrini təkcə bu qəzetin formalaşdırmadığı da nəzərə alınmalıdır. Bu qəzetlə yanaşı ictimai fikrin formlaşmasında mühüm rola sahib bir çox qəzet və saytlar mövcuddur. Eyni zamanda orada Azərbaycanla əməkdaşlıq edən şirkətlər və bizimlə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini anlayan dövlət idarələri var". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, qəzetin hər hansısa qərəzli yazısı ümumilikdə ABŞ-ın Azərbaycana qarşı münasibətini pisləşdirə bilməz: "Onlar özləri də hiss etmirlər ki, ABŞ-Azərbaycan münasibətlərinin pozulması, eyni zamanda ABŞ-ın maraqlarına da ziddir. ABŞ-ın burada həyata keçirdiyi layihələrdə Azərbaycanın istisna olması həmin layihələrin yarımçıq olmasına səbəb olur.
Azərbaycan Qoşulmama Hərəkatının sədridir və dünyanın 120 ölkəsində Azərbaycan böyük nüfuza sahibdir. Digər tərəfdən Azərbaycan Avropanı enerji təhlükəsizliyi ilə təmin edən çox ciddi ölkələrdən biri hesab edilir. Bu baxımdan hansısa qəzetin Azərbaycanla bağlı qərəzli yazı yayımlaması uğursuz cəhddən başqa bir şey deyil.
Bu günlərdə ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəng edərək köməkçisinin Bakıya gəlməsini xahiş etdi və görüş zamanı ABŞ-Azərbaycan münasibətinin normallaşdırılmasının müzakirə ediləcəyini bildirdi. Yəni, bu gün Azərbaycan-ABŞ münasibətləri hər iki tərəfin maraqlarına cavab verən realllıqlar üzərində qurulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB