“Ermənistan özbaşına deyil və 2024-cü ilə Azərbaycanla sülh müqaviləsini imzalayaraq, girmək istəyir. Hələ ilin bitməsinə bir neçə həftə var və ümid etmək olar ki, Ermənistan sülh istiqamətində addım atacaq. Qərbin həddindən artıq Ermənistan üzərində təzyiqi var. Qərb çalışır ki, Ermənistanla ölkəmiz arasında sülh müqaviləsi imzalanmasın. Bu istiqamətdə də Ermənistanın qarşısına çoxsaylı təkliflər qoyulub və Ermənistan Qərbin istəklərini yerinə gətirməyə məcbur olunur. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoq bildirib ki, hazırda Ermənistan birmənalı şəkildə Qərbin siyasətini həyata keçirməyə çalışır: “Amma bu məsələdə Rusiyanın cavabı çox ağır olacaq. Ermənistan sülh müqaviləsini nə qədər tez imzalasa, onun üçün bir o qədər yaxşı olar. Çünki əks təqdirdə Ermənistanda hər an dövlət çevrilişi ola bilər, rus orudusu ilə qarşıdurmalar baş verə bilər. Ermənistan ordusunun içərisində kifayət qədər Rusiyada yetişmiş hərbçilər var.
Azərbaycanla sülh sazişi imzalandığı təqdirdə, Ermənistanda iqtisadi dirçəliş olacaq. Əks təqdirdə isə 2024-cü il Ermənistan üçün siyasi zəlzələlər ili olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB