Əli Kərimli ABŞ-ın maliyyəsinə göz dikib -MÜNASİBƏT

Əli Kərimli ABŞ-ın maliyyəsinə göz dikib -MÜNASİBƏT

“ABŞ-nin və Avropadakı bəzi dairələrin Azərbaycana qarşı apardıqları kompaniyanın arxasında duran maraqlar məlumdur. Bölgədə ikinci türk dövlətinin güclənməsi, hətta mərkəzi asiyadakı və avropadakı türk dövlətlərinin birliyini yaratmaq yolunda qətiyyətli addımların atılması dünyanın bütün anti-türk qüvvələrini ciddi narahat edir”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, türk dövlətlərinin birləşməsi gələcəkdə həmin qüvvələrin regionda öz maraqlarını həyata keçirmələrinə ciddi problem olacaq və bunu da yaxşı anladıqlarında sülh, beuynəlxalq inkişaf naminə ümumtürk birliyinin ilbəil gücliyi bir zamanda həmin qüvvələrin bu addımları atması gözləniləndir: “Lakin Azərbaycanda özünü siyasətçi adlandıran, türkqanlı olduğunu sübut etməyə çalışan birisinin, konkret Əli Kərimlinin həmin qüvvələrin əlinə oynaması, təbii ki, bizləri ciddi düşündürməlidir. Necə ola bilər ki, damarlarında türk qanı daşıyasan, Azərbaycan Respublikasının vətəndaşı olasan, özün də belə anti-türk qüvvələrin dəyirmanına su tökəsən? Bunun siyasətlə, hakimiyyət uğrunda mübarizə ilə əlaqəsi olmadığını düşünürəm. Ən azından Əli və onun kimilər yaxşı bilirlər ki, Azərbaycan cəmiyyətinin 99 faizi həm Azərbaycanın son illərdəki uğurlarını, həm də türk birliyi yolunda atılan tarixi addımları birmənalı dəstəkləyir. Siyasətlə məşğul olan birisinin xalqın mütləq əksəriyyətinin dəstəklədiyi nailiyyətlərə qarşı çıxması birbaşa həmin qüvvələri qarşısına almaq deməkdir. Nəticə etibarilə ona inananların və onu dəstəkləyənlərin (əlbəttə, əgər tək-tük varsa-T.N.) sayının kəskin şəkildə azalması qaçılmazdır ki, bu da siyasətlə məşğul olan, hakimiyyət uğrunda mübarizə aparan qur qurumun elektoratını itirməsi deməkdir. Belə olduğu halda, normalda siyasətçi bu addımları atmamalıdır. Atırsa, deməli torbada pişik var. Bu pişik də ancaq maddi maraq ola bilər. Yəni, onsuz da hakimiyyətə gələcəyinə ümidlərini itirən siyasət dəllalları belə olduğu halda az-çox nüfuzundan maliyyə əldə etmək üçün istifadə edir. Əli Kərimli və onun kimilər indiki vəziyyətdə ABŞ və bəzi Avropa dövlətlərinin maliyyəsinə göz dikir və bu cür açıqlamalarla həmin qüvvələrdən maliyyə əldə edir. Atalarımız demiş, utanmasan oynamağa nə var? Buğda yeyib cənnətdən çıxan belə siyasətçilər itirdiklərinin müqabilində utanmadan "şalako" oynayıb kapital toplamaq istəyirlər, vəssalam! Onların belə fəaliyyətlərinin Azərbaycanın siyasi kursuna hər hansı zərər vura biləcəyini isə düşünmürəm. Çıxardıqları mıx elə özlərinə dəyəcək!”.

Bütün xəbərlər Facebook səhifəmizdə