“Qayıdanlar bölgənin həqiqi sahibləridir” -MÜNASİBƏT

“Qayıdanlar bölgənin həqiqi sahibləridir” -MÜNASİBƏT

“İşğaldan azad olunmuş ərazilərdə bərpa, quruculuq və yenidənqurma işləri çox sürətlə davam edir. Qarabağa səfər edən hər kəs bunu müşahidə edir. Əlbəttə ki, çox geniş miqyaslı görülən işlər qürurvericidir”. Bunu SİA-ya açıqlamasında politoloq İlya Hüseynov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə bərpa, quruculuq və yenidənqurma işləri çox sürətlə davam edir: “Qarabağa səfər edən hər kəs bunu müşahidə edir. Əlbəttə ki, çox geniş miqyaslı işlər qürurvericidir. Çünki bölgənin həqiqi sahibləri qayıdıblar və biz buna Böyük Qayıdış konsepsiyası adlandırmışıq. Böyük Qayıdış proqramı çərçivəsində artıq bir sıra rayonlara vətəndaşlarımızın qayıdışı baş tutub. Öz dədə-baba yurdlarına soydaşlarımız qayıdırlar. Eyni zamanda, müasir standartlara uyğun olaraq evlər, binalar inşa olunur. Bütün işlər Cənab Prezidentin yaxından iştirakı və rəhbərliyi ilə yüksək səviyyədə aparılır. 30 ildən çox düşmən işğalı altında qalan, bütün infrastrukturu dağıdılan, mina ilə çikrləndirilmiş bu ərazilərin əsl sahibinin kim olduğunu dünyaya nümayiş etdiririk. Özü də, bu proseslər yalnız öz daxili imkanlarımız hesabına reallaşdırılır, dövlətimizin öz gücü ilə həyata keçirilir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə