Azərbaycan və Monteneqro siyasi dialoqun gücləndirilməsini müzakirə edib

Azərbaycan və Monteneqro siyasi dialoqun gücləndirilməsini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İnvanoviçlə görüşüb. SİA xəbər verir ki, bu barədə Monteneqro XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüş çərçivəsində ölkələr arasında siyasi dialoqun daha da gücləndirilməsi, həmçinin enerji, turizm, investisiyalar və təhsil kimi əsas sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə