“Qəzzada humanitar yardıma böyük ehtiyac var” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qəzzada humanitar yardıma böyük ehtiyac var” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“İsrail Fələstin müharibəsində 24 noyabrdan başlayan atəşkəs rejimi davam edir. Müharibənin davam etdiyi dövürdə çoxlu mülki insanlar, o cümlədən qadınlar və uşaqlar həlak olub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: “Qəzzada yaşayış məntəqləri yerlə yeksan edilib. Təbii ki, bu böyük faciədir. Qəzzanın böyük humanitar yardımlara ehtiyac var. Dünya birliyinin Qəzzaya humanitar yardımların göndərilməsinə həmrəylik nümayiş etdirməli olduğunu hesab edirəm. Artıq yardım karvanları çatdırılmaq üzrədir. Atəşkəsin davam etdiyi dövrdə girovların dəyişdirliməsi həyata keçirilir və bunu müsbət hadisə hesab edirəm. Atəşkəsin davam etməsinə baxmayaraq İsraillə Fələstin arasında Qəzza zolağının idarə edilməsi ilə bağlı fikir ayrılıqları var. İsrail Qəzza zolaqından HƏMAS-ın silahlılarını tam çıxmasını tələb edir. Hərbi əməliyyatlarda əldə olunmuş atəşkəsliyi dünya ictimaiyyəti də dəstəkləyir. Növbəti mərhələdə yenidən hərbi əməliyyatlar başlanmazsa daha yaxşı olar. Çünki, Qəzza fəlakət zonasına çevrilib və dinc insanların həyatı cəhənnəmə dönmüşdür. Hər halda atəşkəs uzunmüddətli olarsa və aralarındakı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllində razılığa gəlinsə mövcud faciə daha da dərinləşməz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə