"Alen Simonyanın fikirləri böhtandır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Alen Simonyanın fikirləri böhtandır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Məlumdur ki, Ermənistan Parlamentinin spikeri Alen Simonyan çərşənbə axşamı yerli medianın suallarını cavablandırarkən bildirib ki, "15 gün ərzində Azərbaycanla sülh müqaviləsi imzalana" bilər. O, həmçinin ermənilərlə azərbaycanlıların yanaşı yaşamalı olduqğunu deyib". SİA mövzu ilə bağlı politoloq Fərhad Məmmədovun fikirlərini öyrənib.

Fərhad Məmmədov bildirib ki, o belə bəyanatları Ermənistanın danışıqlarındakı maksimalist mövqeyi kimi dəyərləndirir: "Əlbəttə, bu reallığı hər hansı bir formada əks etdirmir. Onlar yeni Azərbaycan kəndlərinin işğalı haqqında məsələ qaldırırlar. Hətta hər hansısa bir sərhədyanı kəndin 2 sot torpaq hissəsinin Azərbaycan Ordusu tərəfindən nəzarətdə olmasını səbəb gətirərək işğal haqqından danışırlar".

Fərhad Məmmədov sözlərinə belə davam edib: "Bu danışıqlardan öncə formalaşan maksimalist mövqeyin bir təzahürüdür. Bu böhtandır, lakin danışıqların tərkib hissəsidir".

Xatırladaq ki, ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan guya Azərbaycan tərəfindən Ermənistanın 31 kəndinin tamamilə və ya qismən işğal edilməsi barədə absurd və böhtan xarakterli açıqlama vermişdi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə