“Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra azad olunmuş ərazilərdə quruculuq abadlıq işlərini sürətləndirib”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışı da sürətlənib: “Bu proses ildən-ilə daha da intensivləşəcək və miqyası daha da böyüyəcək. Böyük Qayıdış prosesində bu çox əhəmiyyətli bir məsələdir. O torpaqların insanları da 30 illik işğal yarasını sağaltmaq üçün yurd yerlərimizin inkişafı və firavan həyatları naminə əbədi olaraq orada yaşayacaq və yaradacaqlar. Bu gün işğaldan azad edilən torpaqlarımızda güclü surətdə quruculuq-bərpa işləri həyata keçirilir. Biz Qarabağı yenidən qüruruq, yenidən yaradırıq. Beynəlxalq aləmə mesajımız budur ki, Azərbaycan bir daha separatizm haqqında düşünənləri yenidən cəzalandıra bilər. Bölgəni möhkəmləndiririk, sərhədləri möhkəmləndiririk. Bunlar dövlətin güclənməsi və müstəqillik üçün çox əhəmiyyətli addımlardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB