Abşeronda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Xırdalan şəhəri 41 saylı (BDİHK) ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Xırdalan şəhəri 41 saylı (BDİHK) ərazi partiya təşkilatın sədri Səhər Orucova bildirib ki, ümummilli lİder Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən ulu öndərmiz bugünkü müstəqil Azərbaycanın memarıdır.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli Liderin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Fəal gənc Məmmədzadə Pərvanə çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib və bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib.

Çıxışlarda sonra BDİHK-nin 1-ci kurs tələbəsi Təsəlliyeva Xatun ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeir səsləndirdi.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə