“Albaniya-Azərbaycan əlaqələri günü-gündən inkişaf etməkdədir” -MÜNASİBƏT

“Albaniya-Azərbaycan əlaqələri günü-gündən inkişaf etməkdədir” -MÜNASİBƏT

“Azərbaycan 1993-cü ildən bəri ölkələrlə münasibətlərində özünün tarazlaşdırılmış siyasət prinsipini qoruyub saxlamışdır. Bütün coğrafiyalarda yerləşən ölkələrlə konstruktiv dinamik əməkdaşlıq əlaqələri qurulmuşdur və bu cür konstruktiv siyasətin nəticələrini bu gün də ölkəmiz töhfələrini əldə etməkdədir”. Bunu SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, Balkan yarımadası ölkələri ilə Azərbaycanın iqtisadi cəhətdən də və digər sferalarda da diplomatik əlaqələri günü-gündən genişlənməkdədir: “Bölgənin əsas aparıcı ölkələrindən biri olan və ərazisi etibarı ilə də bir növ tranzit imkanlarına sahib olan Albaniya ilə Azərbaycan əlaqələri də günü-gündən inkişaf etməkdədir. 1993-cü ildən bəri formalaşan bu diplomatik əlaqələr müxtəlif saylarda prezidentlərin və eləcə də hökumət nümayəndələrinin səfərləri ilə rəsmi işgüzar səfərlə bu əlaqələr daha da genişləndirilmişdi. Əlbəttə, əlaqələrin mərkəzində enerji təhlükəsizliyi məsələsi dayanır, enerji təhlükəsizliyi prioritet sahələrdən birini təşkil edir. Xüsusilə, məlum məsələdir ki, Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti olan TAP bərpa olunmasında Albaniya ilə əlaqələr xüsusən 2010-cu ildə Yunanıstan, İtaliya, Albaniya ilə Memorandum imzalanması və 2016-cı ildən TAP istiqamətində tikinti başlanması bu əməkdaşlığın günü-gündən inkişafa təkan verən proseslərlərdən biri olub. Əlbəttə, yalnız bu sahə deyil, eyni zamanda, müxtəlif ticarət dövriyyəsini əhatə edən məsələlərlə də bağlı sənaye sahəsində də həmçinin Azərbaycan və Albaniya arasında əlaqələrin günü-gündən artırmasının, genişlənməsinin şahidi oluruq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə