“Laçında məni yeni dostlar və yeni məktəb gözləyir” - GƏNC LAÇIN SAKİNİ

“Realda heç görməmişəm. Amma Laçın xəyalımdan çox gözəl keçir. Laçın çox abadlaşıb”. SİA xəbər verir ki, bu sözləri bu gün Laçına köç prosesi zamanı Laçın sakini Amin Yusifli deyib.

O, sözlərinə belə davam edib: “Evdə nənəmlə atam hər zaman Laçın xatirələrindən danışardılar. Bunu mən sizə olduğu kimi izah edə bilmərəm… çox gözəl danışırdılar.

Özümə Laçında yeni həyat qurmaq, nailiyyətlərimi davam etdirmək istəyirəm. Orada məni yeni dostlar, yeni məktəb, yeni həyat və yaşam tərzi gözləyir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə