"Atəşkəs uzun çəkməyəcək" - MÜNASİBƏT

“İsrail ilə HƏMAS arasında humanitar məqsədlərlə müvəqqəti atəşkəs elan olunması çox təəsüf ki, sülh müqaviləsinin imzalanmasına gətirib çıxarmayacaq”. Bunu SİA-ya açıqlamasında siyasi ekspert, “Alyans” strateji araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinəgörə, 7 oktyabr hücumundan sonra İsrail bu məsələni birdəfəlik həll etmək istəyir: “HƏMAS-ı tamamilə sıradan çıxarmaq istəyir. O da aydındır ki, bu o qədər də asan məsələ deyil. Ancaq nəzərə alsaq ki, İsrailin böyük hərbi potensialı və kifayət qədər ciddi dəstəyi var, son nəticədə onun öz məqsədinə çatması tamamilə realdır. Ancaq təəssüf ki, bu proses HƏMAS-ı tamamilə sıradan çıxarmaq planı sülh sazişinin imzalanmasını xeyli ləngidəcəkdir. Bir sözlə, hələ hərbi əməliyyatlar davam edəcək. Çox təəsüf ki, hərbçilərlə yanaşı dinc ölməkdə davam edəcək və hələlik sülh sazişinin imzalanması mümkün görünmür. Lakin İsrailin ciddi nəticələr qazanmasından sonra, dünya birliyinin təzyiqlərinin bir az da artmasından sonra sülh sazişinin imzalanması mümkündür, ancaq bir daha qeyd etmək istəyirəm ki, bunun yaxın günlərdə baş verməsi ehtimalı yoxdur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə