“İkili standartlı yanaşma müxalifətin özünə də ağır zərbə vurur” - MÜNASİBƏT
“Azərbaycanın işğalçı Ermənistan üzərində 44 günlük Vətən müharibəsində şanlı qələbəsində, ardınca erməni terror və separatçılarına qarşı 19-20 sentyabrda keçirdiyi uğurlu antiterror tədbirlərindən sonra əsl dostun, əsil düşmənin kim olduğu bir daha aydınlaşdı. İllərlə ATƏT Minsk qrupunun həmsədri sifətində vasitəçilik missiyasını həyata keçirməyə görəvli olan Fransanın da maskası yırtıldı”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.
Onun sözlərinə görə, demokrat və vasitəçi pərdəsi altında əslində Azərbaycana qarşı düşmənçilik niyyətlərinin üzə çıxmasına şərait lazım imiş: “Təəssüflər olsun Azərbaycanın daxilində bəzi müxalif siyasi qüvvələr hələ də inanmıırlar ki Qərb dəyərləri adlandırdığı dəyərlərlər Qərbin siyasi məqsədlərinə xidmət edir. Belələri bilərəkdən ya bilməyərəkdən Fransa kimi dost olmayan ölkələrin əlində alətə çevrilirlər. İkili standartlarla yanaşmalar elə müxalifətin özünə də zaman zaman ağır zərbələr vurub. Təkcə Azərbaycanın daxilində deyil müstəmləkəyə çevirmək istədikləri dövlətlərin daxilində qarşıdurma, ixtişaş, nifrət və etimadsızlıq mühiti yaratmağa çalışırlar ki, istədiklərinə asanlıqla nail ola bilsinlər. Müxalifət düşərgəsində bəzilərinin qərəzi reallıqlara olduğu kimi baxmaq imkanlarından məhrum etdiyindən özlərini də cəmiyyətdən və xalqdan tədric vəziyyətinə salıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB