"Azərbaycan və İraq arasında tarixi və mədəni əlaqələr mövcuddur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan və İraq arasında tarixi və mədəni əlaqələr mövcuddur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan-İraq münasibətləri tarixi və mədəni kontekstdəki əlaqələr ilə müşahidə olunur. Bu Azərbaycanın regional artan nüfuzunun müəyyən planlarının bir hissəsini təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.

"Keçmiş tariximiz, türkmənlər, digər islami əlaqədə olduğumuz qardaşlarımız var. Digər formada Türkiyənin bölgədəki nüfuzu üzərindən baxmalıyıq. Türkiyə ilə əlaqələr kontekstində Türkiyənin Dəclə-Fərat regionunda-Mesepotomiya zonasında nüfuzunun artmasına böyük ehtiyac var.

Azərbaycan burada resuslarını səfərbər etməkdədir. Bu mədəni, ədəbi, regional sahədir. Beynəlxalq təşkilatlardakı əlaqələrdir, eyni zamanda enerji sahəsindəki əlaqələrdir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə