"ABŞ-ın Ermənistanı dəstəkləməsi Qərbin maraqlarına ziddir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"ABŞ-ın Ermənistanı dəstəkləməsi Qərbin maraqlarına ziddir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Çox təəssüf ki, ABŞ Fransa kimi xristian təəssübkeşliyi mövqeyindən çıxış edir. Eyni zamanda, erməni lobbisinin təsiri altında Ermənistanı açıq şəkildə dəstəkləyir və Azərbaycana qarşı mənfi mövqe nümayiş etdirir. ABŞ-ın geostrateji marağı İran və Rusiyanın arasında yerləşən Azərbaycanla mehriban münasibətlər olduğu halda Ermənistanı dəstəkləməsi onun ciddi səhvidir. Azərbaycan heç vaxt arzu etməzdi ki, ABŞ-la münasibəti açıq şəkildə pozsun". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, ABŞ Senatının Azərbaycana qarşı qəbul etdiyi 2023-cü il ermənilərə dəstək sənədi imzalanarsa bu, iki dövlət arasındakı əlaqələrdə ciddi çat yaradacaq:"Onsuzda ABŞ qondarma Dağlıq Qarabağa 200 milyon dollardan artıq yardım etdiyi halda, Azərbaycana bütövlükdə heç 150 milyon dollar yardım etməyib. Azərbaycanın heç buna ehtiyacı olmayıb".

Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycanın geoiqtisadi sistemdə nə qədər böyük rol oynadığını ABŞ yaxşı bilir: "Eyni zamanda, Amerika yaxşı bilir ki, Ermənistanı dəstəkləməsi əslində Qərbin maraqlarına ziddir. Çünki Rusiyaya qarşı tədbirlər çərçivəsində Azərbaycanın Avropaya ikinci bir qaz marşrutu açması və gələcəkdə Çindən keçən ticarət yollarının ölkəmizdən keçmək ehtimalı ABŞ üçün böyük geosiyasi fayda verə bilər. Lakin Amerika bütün bunlara dönük çıxır. Ermənistanı dəstəkləməsi şübhəsiz ki, ABŞ və Azərbaycan əlaqələrinə mənfi təsir göstərir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə