"Azərbaycan xalqı torpaqlarını işğaldan azad edəcəyinə inanırdı. Cənab Prezidentin apardığı düşünülmüş daxili və xarici siyasətin Azərbaycan dövlətçiliyini möhkəmləndirdiyi, qüdrətli silahlı qüvvələr yaratdığı və torpaqlarımızın çox da uzaq olmayan bir dövrdə işğaldan azad ediləcəyindən xəbər verirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Deputat sözlərinə belə davam edib: "Bütün bunlarla yanaşı hətta işğal dövründə belə Böyük Qayıdış adlı plan hazırlanırdı. Torpaqlar işğaldan azad edildikdən sonra görüləcək işlər müəyyənləşdirilirdi. Məhz belə bir proqramın hazırlanması və bunun bütün detallarının əvvəldən müəyyənləşdirilməsi torpaqların işğaldan azad edildikdən sonra qısa bir müddətdə qayıdış üçün əsas yaratdı. Baxmayaraq ki, Ermənistan əsarətində qalmış torpaqlarda kommunikasiyalar dağıdılıb, yaşayış fondu və sosial obyektlər tamamilə yararsız hala salınıb, torpaqlarımızın bir hissəsi minalanıb. Bununla belə hərtərəfli gərgin işlər aparıldı və artıq Vətən müharibəsindən 3 il kimi qısa zaman keçməsinə baxmayaraq 5 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qayıdıb.
Gələn ilin əvvəlində Şuşa şəhərinə qayıdış baş tutacaq. Gələn ilin ortasında Ağdama ilk keçmiş sakinlər qayıdıb məskunlaşacaq. Bütün bunlar hamısı Azərbaycanın öz torpağına sahibləndiyinin, Azərbaycan dövlətinin öz məcburi köçkün sakinlərinin problemlərinin həllinə həmişə diqqət etdiyinin göstəricisidir.
Eyni zamanda, işğaldan azad olunan ərazilərdə hərbi infrastruktur yaradılır, Ermənistanla sərhəd xətti möhkəmləndirilir, təhlükəsizliyimiz üçün vacib addımlar atılır və məcburi köçkünlərin kütləvi sürətdə geri qayıdışı onu xəbər verir ki, Azərbaycan insanları öz torpaqlaırna bağlıdırlar, həmin torpağın sahibi kimi qısa bir zamanda ora qayıtmaq əzmindədirlər. Bu eyni zamanda Ermənistana bir daha Azərbaycana qarşı hər hansı bir təxribatdan çəkindirmək mesajı verir. Ermənistanın artıq Azərbaycanın güclü bir dövlətə çevrildiyini nəzərə alması, Azərbaycanla bir daha güc-təxribat dilində danışmaqdan əl çəkməsi mesajını verir.
Cənab Prezidentin apardığı siyasət Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirir, Azərbaycanın hər bir yerində inkişaf üçün daha böyük imkanlar yaradır, Azərbaycanın müdafiə və təhlükəsizlik sistemini möhkəmləndirir. Bu məsələdə Azərbaycan xalqı öz liderinin fəaliyyətini dəstəkləyir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB