“Müharibə dünyadakı siyasi proseslərə ciddi təsir göstərəcək” -MÜNASİBƏT
“Yaxın Şərqdə alovlanan yeni müharibə ocağı, İsrail-HƏMAS qarşıdurması çoxsaylı dağıntılar və insan itkiləri ilə müşadidə edilir. Bu məsələ hazırda dünya gündəminin əsas müzakirə mövzusudur. Göstərilən səylərin əsas qayəsi də silahlı qarşıdurmanın coğrafiyasının genişlənməsinin qarşısını almaqdır”. Bunu SİA-ya açıqlamasında "Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.
Onun sözlərinə görə, müharibə uzandıqca, hərbi əməliyyatlar və dağıntılar daha da artdıqca, bölgədə fərqli mövqelərdə dayanan qüvvələrin prosesə daxil olmaq ehtimalı da artır: “Ona görə də, İsrail-HƏMAS qarşıdurması ilə bağlı dərhal atəşkəsin əldə olunması, uzun illər davam edən qanlı toqquşmaların beynəlxalq hüquq əsasında iki dövlət prinsipi ilə sülh danışıqları ilə yekunlaşmasına dair beynəlxalq çağırışlara diqqət yetirilməlidir. Əks təqdirdə müharibə coğrafiyasının genişlənməsi tək bölgə dövlətlərinə deyil, ümumilikdə dünyadakı siyasi proseslərə ciddi təsir göstərəcək. Artıq biz bu təsirlərin ilkin qığılcımlarını da görürük. Bir məqam da diqqətə alınmalıdır ki, Yaxın Şərq hər zaman müxtəlif beynəlxalq və regional güclərin maraqlarının kəskin toqquşduğu bir məkandır. Bu səbəbdən yeni müharibənin hansı prinsiplər və çərçivələrdə sonlandırılacağı da ayrıca bir mövzudur. Lakin görünən odur ki, hələlik müharibənin sonlandırılması ehtimalı çox zəifdir. Onun coğrafiyasının genişlənməsini önləmək isə ən vacib məsələdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB