“ABŞ-a heç kim icazə verməyib ki, Azərbaycanın daxili işinə qarışsın“ - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“ABŞ-a heç kim icazə verməyib ki, Azərbaycanın daxili işinə qarışsın“ - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“ABŞ Konqresi bu günə qədər də başa düşmək istəmir ki, Dağlıq Qarabağ adında inzibati ərazi vahidi 1991-ci il noyabrın 26-da ləğv olunub. Bunu gündəmə gətirməkləri isə qərəzli mövqelərinin növbəti nümayişidir. Eyni zamanda ABŞ-a heç kim icazə verməyib ki, Azərbaycanın daxili işinə qarışsın. Bu məhz BMT qətnaməsinin ilk beş prinsipidir ki, hər hansı ölkənin ərazi bütövlüyünü şübhə altına almaq dünyada hegomunluq etməyə çalışan bir ölkəyə başıucalıq gətirmir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, ABŞ-ın dünyada hegomonluğu itirməsinin səbəbi biz deyilik: “Heç kəs ABŞ-dan xahiş etməyib ki, hər hansı ölkənin daxili işlərinə qarışıb, özlərini ədalət çarçısı adlandırıb, dünyaya car çəksinlər. Görünən odur ki, ABŞ Rusiya qarşısında o qədər aciz qalıb ki, Ukraynadan sonra, indi də Ermənistan kartından istifadə edir. Ermənistanı son 105 ildir ayaqda saxlayan Rusiya və İran idi. Ermənistan isə hər iksini satdı. Təbii ki, gələcəkdə eyni davranışı ABŞ və Fransaya da göstərəcək, çünki bu onların xislətində var. ABŞ da, Fransa da yaxşı olar ki, öz problemlərini həll etsinlər. Onların Azərbaycanı qəbul edə bilməmə səbəbləri, ölkəmizin həddindən artıq ağıllı və diplomatik liderinin olmasıdır. Onlar ağıllarına belə gətirmirdilər ki, 10 milyonluq əhalisi olan bir ölkə arxasında bu qədər dünya hegomonlarının dayandığı Ermənistanı 44 gün ərzində darmadağın edər.

Hazırda ABŞ-Avropa cütlüyü ilə Çin-Rusiya cütlüyü qarşı-qarşıya gəlib və ABŞ birmənalı şəkildə artıq uduzur. Bu ABŞ-ın problemidir. Lakin ABŞ Ermənistan kimi bir dövlətə möhtac qalıblarlar, artıq həmin ölkənin gücü və hegomonluğu haqqında danışmağa ehtiyac yoxdur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə