“Atəşkəs əldə olunması gələcək diplomatik danışıqlara stimul verir” - POLİTOLOQ ŞƏRH ETDİ
“İsrail-Fələstin müharibəsi davam edir və Fələstin tərəfindən ölənlərin sayı 13500-ü keçib. Beynəlxalq qüvvələr, ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyənin verdiyi reaksiyalar nəticəsində aparılan danışıqlardan sonra bu gün Qətərin vasitəçiliyi ilə HƏMAS-la İsrail rəhbərliyi arasında görüş keçirilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Politoloq bildirib ki, görüş zamanı 4 günlük atəşkəs elan edilib: “Bu isə HƏMAS saxladığı əsirlərdən 50 nəfərini İsrailə verməyə razı olması müqabilində mümkün olub. Atəşkəs əldə olunması gələcəkdə də diplomatik danışıqlara stimul verir.
Qəzza zolağına daha çox humanitar yardım göndərilməsi ilə bağlı Avropa İttifaqı rəsmilərinə göstəriş verildiyi bildirilib. İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və bir neçə digər müsəlman ölkələrinin xarici işlər nazirləri ilə Moskvada Lavrovun görüşü keçirilib. Görüşdə Fələstin məsələsi və Fələstinin 1967-ci ildə BMT-nin qərarına əsasən dövlətin yaranması məsələsi də müzakirə edilib. Bütün bunlar deməyə əsas verir ki, yaxın zamanda İsrail-Fələstin münaqişəsi yekunlaşacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB