“Böyük Qayıdış Azərbaycan xalqının 30 illik arzusu idi” - DEPUTAT ŞƏRH ETDİ

“Böyük Qayıdış Azərbaycan xalqının 30 illik arzusu idi” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan dövləti bu gün Qarabağda ciddi, sürətli quruculuq işləri aparır. Hər şeydən əvvəl deyərdim ki, bu Böyük Qayıdış Azərbaycan xalqının 30 illik arzusu idi. Qarabağın son nöqtəsi bərpa olana kimi Azərbaycan hökuməti quruculuq işlərini davam etdirəcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.


Deputat sözlərinə belə davam edib: “Bu gün Qarabağda doğma sakinləri yaşayır. İşğaldan azad olunan ərazilərdə gözəl quruculuq, yaradılan infrastuktur isə məhz insanları burada yaşamağa sövq edən amillərdəndir. Böyük Qayıdışın belə sürətli və arzu olunan proses olması da Azərbaycan xalqının vətən sevgisindən xəbər verir. Azərbaycan dövləti Qarabağın ümumirespublika iqtisadiyyatına uyğunluğunu təmin etmək üçün ciddi tədbirlər həyata keçirməyi nəzərdə tutur. Qarabağın turizm potensialı və xammal bazası olduqca güclüdür. Bu səbəbdən də ölkənin iqtisadi artımında ciddi paya sahib olan coğrafi iqtisadi rayonlardan olacaqdır. Həm təbiəti, həm də sahib olduğu sərvətləri əsarətdən xilas olan torpaqlarda xarici investisiya qoyuluşunu da hərəkətləndirəcəkdir.

Mən deyərdim ki, Qarabağda qısa müddət ərzində həyata keçirilən bərpa işləri sözün əsl mənasında heyrət doğurur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə