“Fransa bizim ölkələrdəki qadınları və qara dərililəri əşya kimi görürdü” - Martinik azadlıq partiyasının lideri

“Fransa bizim ölkələrdəki qadınları və qara dərililəri əşya kimi görürdü” - Martinik azadlıq partiyasının lideri

“Qadınların dekolonizasiyada rolu çox mühümdür. Biz çalışırıq ki diskriminasiyaların qarşısını alaq. Ölkəmizin azad olunmasında mübarizə davam edir. Markinit quldarlıqdan əziyyət çəkir”. SİA xəbər verir ki, bunu Martinik azadlıq partiyasının lideri Luc Francis Carole Bakıda keçirilən "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbirdə deyib.

Ölkəsində qadınların çox əzab çəliklərini deyən Luc Francis Carole bildirib: “Bütün Afrikalılar kimi oradakı qadınlar da diskriminasiya ilə üzləşiblər. Birinci ona görə ki, onlar qadın idilər. Fransa bizim ölkələrdəki qadınları və qara dərililəri əşya kimi görürdü. Hesab edirdi ki, onlar heç insan deyillər. Onlar tarlalarda, çətin peşələrdə işlədilməyə məcbur edilirdilər, istismar olunurdular. Eyni zamanda, zorakılığa məruz qalırdılar”.

O, həmçinin qeyd edib ki, Afrikada qara dərililərə ailə həyatı qurmaq, valideynlik imkanı verilmirdi.

Ölkəsindəki quldarlıq mübarizədə qadınların fəal iştirak etdiyini deyən Luc Francis Carole bildirib ki, bu sistemə asanlıqla son qoyulmayıb. O, eyni zamanda, diqqətə çatdırıb ki, müstəmləkəçiliyin leqallaşdırılmasından sonra qadınlar kişilərin əşyasına çevrilib. Qadınlar artıq tam olaraq söz azadlığını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə