Noyabrın 29-da Baş Prokurorluq tərəfindən Astarada ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək. Bu barədə SİA-ya Baş Prokurorluqdan bildirilib.
Tədbirdə dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə müzakirələr aparılacaq.
Toplantı çərçivəsində Astara rayon prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB