Azərbaycanın Yaxın Şərq strategiyası doğrudur - MÜNASİBƏT

Azərbaycanın Yaxın Şərq strategiyası doğrudur - MÜNASİBƏT

“Azərbaycan Yaxın Şərqdəki son hadisələrlə bağlı doğru strategiya seçib. Azərbaycan İsraillə əməkdaşlıqdan imtina etmədən, Fələstinin müstəqilliyini dəstəklədiyini təkrarən bəyan edib”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, rəsmi Bakı BMT-nin Fələstinin müstəqilliyi ilə bağlı qətnaməsinin yerinə yetirilməsinin tərəfdarıdır: “Azərbaycan savaşda mülki insanların öldürülməsini, xəstəxana və məktəblərin bombalanmasının qəti əleyhinədir. Azərbaycan humanitar məqsədlərlə Fələstinə maliyyə yardımı ayırıb, Heydər Əliyev Fondu isə Fələstində məktəb binası inşa edəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə