“Əli Kərimlinin ordudadan danışmağa heç bir haqqı yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Əli Kərimlinin ordudadan danışmağa heç bir haqqı yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Əli Kərimlinin orduda korrupsiya ilə danışmağa heç bir haqqı yoxdur. Çünki, heç bir fakta əsaslanmadan hansı korrupsiya və oğurluqdan danışmaq olar. Əgər korrupsiya və oğurluqla bağlı əlində bir faktı varsa Hərbi Prokrurluğa müraciət etsin və araşıdrma aparılsın”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: “Peşəkər hərbi prokurorluğumuz bütün neqativ halları üzə çıxartmağa və əgər belə bir hal varsa qarşısını alaraq cinayətkarları cəzalandırmağa qadirdir. Amma boş-boşuna ordumuzun təminatına böhtan atmağı məsuliyyətsizlik və ordunun qazandığı böyük Zəfərə kölgə salmağa cəhd hesab edirəm.

Əli Kərimli özünün hakimiyyətdə olduğu dövrdə ordunu talan etdiyinə görə elə bilir ki, indi də bu proses davam edir. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Ordumuz öz gücünü döyüş meydanında təsdiq edib. Ordumuzun bütün təminatları yerindədir. Əsgər və zabitlərimizin bütün təminatları dövlət büdcəsi imkanları daxilində təmin olunur. Yeni hərbi şəhərciklər salınıb və hərbiçilərimizin xidmət etməsi üçün müasir şərait yaradılıb. O cümlədən, ordumuzun silahlanmasına ən müasir silahlar alınır və mütəmadi təlimlər keçirməklə peşəkarlıq artırılır. Ordumuzun təminatı Ali Baş Komandanın nəzarətindədir və ona görə də bu gün ordumuz yüksək səviyəyə gəlmişdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə