"Münaqişə yalnız İsrail və HƏMAS arasında getmir" - POLİTOLOQ ŞƏRH ETDİ
"İsrail - HƏMAS müharibəsi və bölgədə olan proseslər əlbəttə ki, dünya ictimaiyyətini narahat etdiyi kimi bizi də narahat edir. Biz xalq olaraq, dövlət olaraq istəmərik ki, hər hansı bir ərazidə, hansısa bir bölgədə müharibə olsun və orada insanlar, uşaqlar, qadınlar həlak olsun. Çünki bunun əziyyətini biz illər ərzində çəkmişik və hal-hazırda da erməni mina terrorunun qurbanı olaraq yenə də əziyyət çəkməyə davam edirik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, İsrail - Həmas münaqişəsinin görünməyən məqamları da var: "Bu məqamlar ondan ibarətdir ki, orada təkvə İsrail -Həmas arasında münaqişəsi getmir. Qeyd etmək lazımdır ki, başqa ölkələrin və başqa qüvvələrin də bu münaqişədə maraqları var".
"Belə hesab edirəm ki, burada həm İsrailə qonşu olan dövlətlərin və digər bölgələrdə fəalliyət göstərən qüvvələrin özünə uyğun məqamları var. Məqsədlərinə çatmaq üçün onların müharibə ilə bağlı düşüncələri və planları var. Buna görə də bu gün təəssüflər olsun ki, İsrail - HƏMAS münaqişəsi davam edir və davam edəcəkdir. Çünki göründüyü kimi İsrail bu məsələdə çox qətiyyətlidir və qəti olaraq bildirir ki, terrorçu dəstə ilə atəşkəs ola bilməz. Bu da terrorçulara "Təslim ol" deməkdir. Hesab edirəm ki, İsrail öz məqsədlərinə çatmaq üçün əlindən gələni edəcəkdir və nəticədə məqsədinə çatacaqdır",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB