“Azərbaycan xristian dövləti olsaydı, başına investisiyalar yağardı“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan xristian dövləti olsaydı, başına investisiyalar yağardı“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“İşğaldan azad edilmiş ərazilərə köç prosesi davam edir. Kənardan bu prosesin ləng getdiyi görünsə də, proseslər normal və vaxtında baş tutur. Çünki nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik təmin edilməli, infrastruktur yenidən qurulmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, işlər kompleks şəkildə davam etdirilir: “Maraqlıdır ki, Özbəkistan və Qazaxıstanın təmannasız yardımından başqa biz həmin ərazilərdə hansısa böyük dövlətlərin investisiya qoyuluşunu, yardımlarının şahidi olmuruq. Azərbaycan bütün işləri öz gücü hesabına həyata keçirir. Hazırda ərazilərimizdə Türkiyə şirkətləri də fəaliyyət göstərir. Lakin Azərbaycan öz potensialı hesabına quruculuq işlərinin görülməsinə nail olur.

Dünyada xristian təssübkeşliyi var. Azərbaycan xristian dövləti olsaydı, başına investiyalar yağardı. Lakin hazırda qarşı tərəf olan Ermənistan dünyada daha çox müdafiə olunur. Buna baxmayaraq Azərbaycan öz quruculuq işlərini həyata keçirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə