İHŞ-da Azərbaycanda mina qurbanlarına həsr edilmiş hesabat təqdim edilib
“Mina qurbanları həssas təbəqə kimi tanınmalı və onların hüquqları təmin edilməlidir”.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir bu gün BMT –nin Cenevrə Mərkəzində, təşkilatın İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) mexanizminin 31-ci sessiyası çərçivəsində mina təcavüzünün insan haqlarına təsiri mövzusunda keçirilmiş tədbirdə aparılan müzakirələrin ana xəttini təşkil etdi.
Tədbirdə “Cənubi Qafqazda minaların insan haqlarına dağıdıcı təsiri” mövzusunda hesabatı təqdim edən İtaliya İnsan Haqları Federasiyasının prezidenti Antonio Stanqo, Qarabağın minalarla çirkləndirilməsinin humanitar faciə miqyasını qeyd edərək, bunun nəticəsində Azərbaycanın Avropada ikinci ən çox mina ilə çirkləndirilmiş ölkə olduğunu nəzərə çatdırıb. Hesabatın təhlil qismində Ermənistanın apardığı 30 illik mina terroru nəticəsində beynəlxalq adət və humanitar hüququn, həmçinin təməl insan hüquqlarını kobud şəkildə pozduğu bildirilib. 700 mindən artıq Azərbaycanlı keçmiş məcburi köçkünün vətənlərinə qayıtmasını əngəlləyən, onların səhhət, iş və təhsil hüququnun kütləvi şəkildə pozulduğunu qeyd edən A.Stanqo beynəlxalq insan hüquqları mexanizminin işə salınmasını, minalardan zərər çəkmiş Azərbaycan vətəndaşlarına təzminatın ödənilməsinin təmin olunmasının vacibliyini qeyd edib.
Tədbirin aparıcısı “Universal Human Rights” təşkilatının icraçı direktoru Mark Limon, beynəlxalq insan hüquqları sistemində mina qurbanlarının ayrıca, xüsusilə həssas qrup kimi tanınmasının vacibliyini qeyd etdi.
Bu fikri dəstkləyən tədbirin təşkilatçısı, Fransanın Vicdan Azadlığı Assosiasıyasının sədri Tyeri Valle həmkarlarının bu ilin əvvəlində azad edilmiş Ağdam şəhərinə səfəri zamanı qəbiristanlıq və dini abidələrin belə minalandırıldığını, bunun nəticəsində qurbanların əsasən mülki əhali olduğunu vurğulayıb. Natiq, hazırkı post-münaqişə dövründə Ermənistanı humanitar minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlıq etməyə çağırıb.
Avropada ən çox mina çirklənməsinə məruz qalan ölkə olaraq Bosniya-Herseqovinanı təmsil edən mina qurbanlarının hüquqlarının müdafiəçisi Leyla Alaybegoviç, BMT səviyyəsində mina qurbanlarının sadəcə hüquqlarının tanınması deyil, onların pozulmuş haqlarının bərpası üçün təzminat mexanizminin işlənməsini təklif etdi. “Bosniyada və Qarabağda mina terroru törədənlər təzminat ödəməsələr, gələcəkdə dünyanın digər guşələrində də bu qeyri insani müharibə üslubu milyonlarla insanın gələcəyini məhv etməyə davam edəcək” - deyə xanım Alaubegoviç qeyd etdi.
Tədbirdə yekun məruzə ilə çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin ərazisinin onda bir hissəsinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalarla çirkləndirildiyini, bu ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını diqqətə çatdırdı. Natiq, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfinin öncə mina haqqında məlumatları verməməkdə israrlı olduğunu, daha sonra, Azərbaycan rəhbərliyinin iradəsi qarşısında mina xəritələrini təhvil verdiyini, lakin bu xəritələrin yoxlanılması nəticəsində onların yalnız 25 faiz səhihliyinin müəyyən olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Rəsmi Yerevanın bu cinayətkar mövqeyi nəticəsində təkcə post-münaqişə dövründə 300 dən artıq insanın mina partlamasının qurbanı olduğunu bildirən E.İsgəndərov xüsusi beynəlxalq mexanizm çərçivəsində Ermənistana inspeksiyanın göndərilməsi, bu ölkənin Azərbaycana qarşı minalaşdırma fəaliyyəti haqqında dəqiq məlumatların əldə edilməsinin zəruriliyini vurğuladı. “Bu məlumatların verilməsi üçün Ermənistana təzyiq etməkdə beynəlxalq birliyin gecikdiyi hər gün yeni insan itkilərinə gətirir, yüz minlərlə insanın doğma evlərinə geri dönüşünü əngəlləyir, bölgədə sülhün gəlişini gecikdirir” - deyə E.İskəndərov qeyd etdi.
Tədbir iştirakçıları, İHŞ-nın növbəti sessiyasında mina qurbanlarının hüquqlarının tanınması və təmin edilməsinin zəruriliyini tələb edən birgə bəyanatla çıxış etmək haqqında qərar qəbul ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



