Bakıda ŞKTR-nın müstəqilliyinin 40-cı ildönümü münasibətilə tədbir keçirilir
Bu gün Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 40-cı ildönümü münasibətilə tədbir keçirilir. SİA xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Milli Məclisin deputatları, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib.
Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. O, ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Ölkələrimiz arasında əlaqələrdən danışan Milli Məclisin deputatı Səməd Seyidov Şimali Kipr Türk Respublikasını müstəqillik günü münasibətilə təbrik edib. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edən S.Seyidov bildirib ki, xalqımız bunun əyani təzahürünü 44 günlük Vətən müharibəsində gördü.
Tədbir daha sonra konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB