"Dövlət büdcəsinin gəlirləri, xərcləri rekord həddə artırılıb" - SPİKER

"Dövlət büdcəsinin gəlirləri, xərcləri rekord həddə artırılıb" - SPİKER

"Məmnunluqla qeyd edilməlidir ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həddə artırılıb". SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

Sahibə Qafarova sözlərinə belə davam edib: “Növbəti ilin dövlət büdcəsinin əsas prioritet sahələrindən ilk olaraq sosial yöndə olmasına diqqət yetirilməldiir. Dövlət büdəcəsinin digər əsas prioritetləri isə təhsil, təhlükəsizlik, Qarabağa qayıdış və s. ilə bağlıdır. Dövlət büdcəsinin gəlir və xərclərinin artırılması artan tempin əsas tələblərini nəzərə alaraq aparılıb”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə