“Dağıdıcı müxaliflər boşboğazlıqla məşğuldurlar” -MÜNASİBƏT

“Dağıdıcı müxaliflər boşboğazlıqla məşğuldurlar” -MÜNASİBƏT

"Hər zaman olduğu kimi, radikal müxalifət düşərgəsi təmsil edən şəxslər öz çirkin əməllərdən əl çəkmirlər. Adama deyərlər az çərənləyin”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, dağıdıcı müxalif partiya sədrləri ancaq boşboğazlıqla məşğuldurlar: “Axı siz nə istəyirsiz, nədi sizin qarnınızın ağrısı? Sözügedən qüvvələr Azərbaycan dövlətinin əldə etdiyi uğurlara, qələbəyə kölgə salmağa çalışırlar. Bu da onların pis xislətindən irəli gəlir. Bu gün hər kəs bəllidir ki, sözügedən qüvvələr hansısa xarici qüvvələrin əldinə oyuncaq kukladır. Onaların xarici ağaları istədikləri formada onlardan istifadə edir. Lakin nə xarici qüvvələrin, nə də ki, sapı özümüzdən olan baltaların Azərbaycan dövlətinin uğurlarına, nailiyyətlərinə nə isə bir kölgə sala bilməyəcəklər. Çünki onların danışdıqları sabun köpüyündən başqa bir şey deyil”.

Bütün xəbərlər Facebook səhifəmizdə