“Bu konstitusiya Azərbaycanı qələbədən-qələbəyə aparır“ - DEPUTAT DANIŞDI
“Azərbaycan üçün konstitusiya bizim məramımız, dövlətimizin gücü, dövlətin vətəndaşına olan münasibətinin bir simvoludur. Biz konstitusiyaya 1990-cı illərin ağır proseslərindən keçərək gəlmişik. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan müstəqilliyin əsl yolunu seçdi, qarşıda duran məsələləri addım-addım həll etdi. 1995-ci ildə konstitusiyanı qəbul etməklə gedəcəyin perspektiv yolunu bir daha göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, 28 il əvvəl qəbul edilən kostitusiya özünün yaşarlılığını və daim aktuallığını göstərdi: “Ulu Öndərin vaxtında və hazırki dövrdə keçirilən referendumlar konstitusiyanın baza prinsiplərini saxlamaqla onu daha güclü etdi. Bu gün konstitusiya dövlətçiliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasının keşiyində durur.
Bu konstitusiya Azərbaycanı qələbədən qələbəyə aparır. Konstitusiya dövründə Azərbaycanda tarixi hadisələr baş verdi. Ölkəmiz addım-addım öz zəfərinə yaxınlaşdı. Konstitusiyamız Azərbaycana güc verir, onun tanıdılmasında mühüm rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB