“Ermənistanın başqa bir savaş üçün nəfəsi yoxdur” - XARİCİ EKSPERT ŞƏRH ETDİ
“Bildiyimiz kimi, Ermənistan iqtisadi, sosial və siyasi problemlər içində boğuşur. Bir tərəfdən də o, başından böyük daş atmaq istədi və tikəsi boğazında qaldı. Ermənistan iqtisadiyyatı, siyasəti və sosial strukturu bərbad bir ölkədir və Ermənistanın xaricində yaşayan diasporanın kuklası kimi hərəkət edərək Azərbaycan torpaqlarını işğal etməyə başladı. Sanki Azərbaycan tərəfindən qovuldu”. Bu sözləri SİA-ya açıqlamasında Ankara Gazi Üniversitesi Uluslararası İlişkiler Doktorantı siyasi şərhçi Məhsa Mehdili deyib.
Onun sözlərinə görə, erməni diasporası Ermənistanın xaricində yaşayır və rifah içindədir: “Ermənistanda nələr olduğunu, ordakı insanların nələr yaşadığını çox hiss etmir. Bildiyiniz kimi, bunların Fransada, Avropada və bəzi yerlərdə diasporaları güclüdür, amma bunların heç biri Ermənistanın toparlanması üçün çarə deyil.
Ermənistanın başqa bir savaş üçün nəfəsi yoxdur. Diasporanın dəstəyi təsirli olsa idi, Azərbaycana məğlub olmazdı. Ermənistan, Ermənistanın diasporası və bəzi avropalılar bu savaşda bizə məğlub oldular.
Ermənistan bu bölgədəki ölkələrlə keçinməli və bəzi Avropa ölkələrinin, oradakı radikal qrupların kuklası olmaqdan özünü qurtarmalıdır, yoxsa Ermənistana qurtuluş yoxdur. Məncə, Azərbaycanın onu öz torpaqlarından qovması Ermənistan üçün bir şansdır ki, getsin ağlını başına toplasın və baxsın ki, bir ölkə olaraq özünü necə bərpa edəcək və bölgədəki izolyasiyadan necə qurtulacaq. Ermənistan üçün yaxşı fürsətlər var. İrana, bir dönəm Rusiyaya, indi də Avropadakı diasporaya bağlı bəzi radikal qruplara kukla olmaqdan vaz keçib, münasibətləri normallaşdırmağa başlamalı, sosial, siyasi, iqtisadi strukturunu öz ayağı üstündə duraraq bərpa etməlidir. Real bir siyasət güdməlidir. Düşünməlidir ki, "Mənim gücüm nədir?", "Kiməm?", "Torpağım haradır?".
Fransadakı, Amerikadakı diasporanın və ya bəzi radikal qrupların oyuncağı olmaq Ermənistana heç bir şey gətirmədi. Mən bunların çox da təsiri olduğunu düşünmürəm, indiyə qədər də olmayıb”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB