“İsrail-Fələstini münaqişəsi dünənin münaqişəsi deyil. Bu illərlə sürən münaqişələr kateqoriyasına aid münaqişədir. Bununda əsas səbəbi beynəlxalq birliyin ədalətsiz möve sərgiləməsidir. Çünki 1947-ci ildə həmin bölgədə İsrailin və Fələstin dövlətinin yaranması ilə bağlı BMT-nin qərarlarının olmasına baxmayaraq orda İsrail dövləti yarandı, Fələstin dövləti bu günə kimi tam mütləq mənada yaranmadı”. Bunu SİA-ya açıqlamasında politoloq Taliyət Əliyev deyib.
Onun sözlərinə görə, fələstinlilər öz müstəqilliylərini elan ediblər və bir çox dövlətlər onların dövlət müstəqilliyini tanıyıblar. Amma hələ ki orda mütləq müqəddərat tam təmin olunmayıb, o cümlədən də Fələstin dövlətinin bir çox əraziləri faktiki olaraq işğal altındadır: “Bu baxımdan, hesab edirəm ki, bu münaqişənin davam etməsidə beynəlxalq hüquq normalarının bu günə qədər yerinə yetirilməməsidir. Yəni BMT-nin Fələstinlə bağlı qətnamələri var. Amma təəssüflər olsun ki, həmin qərarlar bu günə qədər yerinə yetirilməyib. Münaqişənin bu gün qədər davam etməsində siyası səbəblər də var. O bölgədə geopolitik maraqları olan dövlətlərin bir siyasi oyunlarının nəticəsidir. Əgər doğurdan da bu dövlətlərin problemin həll olunmasında maraqlıdırlarsa onda beynəlxalq hüququn mexanizmi işə salmalıdırlar və bununla bağlı ABŞ, Fransa, Rusiya, İngiltərə və Çin problemin həll olunmasına konkret qərar verə bilərlər. Amma təəssüflə olsun ki, onlar obyektiv bir qərarların qəbul olunmasında biri-birinin marağına o qərar xidmət etməyəndə veta qoyurlar. Münaqişə, öz coğrafiyasından çıxa bilər. Yəni qarşısı alınmasa münaqişənin miqyası Yaxın Şərqi öz ağuşuna ala bilər. Bu baxımdan, bmünaqişənin tezliklə həll olunması vacibdir. Bunula bağlı da bütün əsasən aparıcı dünya dövlətləri bir siyasi iradə ortaya qoymalıdırlar. Həmin dövlətlər öz maraqları çərçivəsində deyil, həmin bölgədə yaşayan insanların maraqları baxımından problemə baxıb və problemin həlli istiqamətində addımlar atmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB