XİN başçısı: “Almaniyalı xanım nazir azərbaycanlı məcburi köçkünlərlə görüşsəydi, daha çox məlumatlı olardı”
“Almaniyalı xanım nazir azərbaycanlı məcburi köçkünlərlə görüş keçirsəydi, daha çox məlumatlı olardı”. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, almaniyalı həmkarı Ermənistanda Azərbaycan ərazilərindən miqrasiya edən şəxslərlə görüşdüyünü deyib: “O bildirdi ki, görüşün məqsədi məlumatların öyrənilməsi olub. Azərbaycanda olan məcburi köçkünlərin sayı Ermənistana miqrasiya edənlərin sayından daha çoxdur. Xanım nazir azərbaycanlı məcburi köçkünlərlə görüş keçirsəydi, daha çox məlumatlı olardı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB